...

Pensiyaların ödənişi üçün plastik kartlarla bağlı dəyişiklik yoxdur

Cəmiyyət Materials 23 İyul 2015 15:52 (UTC +04:00)
Əmək pensiyalarının ödənişi üçün plastik kartlarla bağlı hər hansı dəyişiklik baş verməyib.
Pensiyaların ödənişi üçün plastik kartlarla bağlı dəyişiklik yoxdur

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər daxil olub.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə bldiriblər ki, pensiyaların ödənilməsi bu məqsədlə elan olunmuş tenderdə qalib gəlmiş banklarla bağlanmış müqavilələr əsasında həyata keçirilir və xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur.

Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti