...

Əfqanıstanda həlak olan 52 hərbi qulluqçunun ailəsinə Prezident təqaüdü təyin olunub

Cəmiyyət Materials 24 İyul 2015 14:34
Bu ilin 6 ayında Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş 52 nəfər hərbi qulluqçunun 56 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub.
Əfqanıstanda həlak olan 52 hərbi qulluqçunun ailəsinə Prezident təqaüdü təyin olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Bu ilin 6 ayında Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş 52 nəfər hərbi qulluqçunun 56 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 1 iyul tarixinə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 52 nəfər hərbi qulluqçunun 56 nəfər ailə üzvünə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.

Qeyd olunan şəxslərə Prezident təqaüdünün təyin olunmasına Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən, cari ilin 1 yanvarından başlanılıb.

Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən, müvafiq kateqoriyadan olan şəxslər həmin təqaüdün təyin olunması üçün ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə və ya Xidmətin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər.

Müraciət edərkən təqdim edilməli olan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (mlspp.gov.az) "Fəaliyyət və xidmətlər" bölümünün "Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər" alt-bölümündə yerləşdirilib.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin olunan Prezident təqaüdünün aylıq məbləği 200 manatdır. Bu təqaüd onlar arasında bərabər bölünməklə ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti