Azərbaycan, Bakı, 29 iyul /Trend/
Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadası işini başa çatdırıb.
Trend-in məlumatına görə, bu beynəlxalq bilik yarışında dünyanın 5 qitəsinin 75 ölkəsindən 300-ə yaxın gənc kimyaçı, habelə 250-dən çox kimyaçı alim, münsiflər heyəti, kimya və pedaqogika üzrə mütəxəssislər, müşahidəçilər və qrup rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, olimpiada zamanı 600-dən çox qonağa qapılarını açan Moskva Dövlət Universitetinin Bakı filialı dünya miqyaslı bu müsabiqənin ən yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyib.
Trend olimpiadanın "Sinema Mixer" studiyası tərəfindən hazırlanan videotəqdimatını diqqətinizə çatdırır. Təqdimatda kimyanın, ayrı-ayrı kimyəvi elementlərin həyatımızdakı rolundan, əlkimyaçıların dövründən bu günədək kimya elminin tarixindən bəhs edilir.