Azərbaycan, Bakı, 5 avqust /Trend/
Avqustun 29-da Qəbələdə III beynəlxalq mürəbbə festivalı təşkil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Qəbələ rayon İcra Hakimiyyətinin, nazirliyin Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkil etdikləri festival Dünya Kulinariya Təşkilatları Birliyi və UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçiriləcək.
Tədbirdə Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti xanım Karmen de Padilla da iştirak edəcək.
Festivala Azərbaycanın 23 bölgəsindən iştirakçılar qatılacaq. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.