...

İsmayıllı rayonunda qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 13 Avqust 2015 20:46 (UTC +04:00)
Hacıqabul Magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq. Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.
İsmayıllı rayonunda qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Hacıqabul Magistral qaz kəmərləri sahəsində carı təmir işləri aparılacaq. Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Avqustun 14-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Talıstan" və "İvanovka" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Talıstan və Talış kəndlərinin, həmçinin İvanovka qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İsmayıllı rayonunun bəzi hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti