Azərbaycan, Bakı, 18 avqust /Trend/
Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvanda seçiciləri ilə növbəti görüşünü keçirib.
Trend-in məlumatına görə, millət vəkili görüşdə iştirak edən Şirvan sakinlərinin müraciət və şikayətlərini dinləyib, üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.
Görüş zamanı üç Şirvan sakininin bələdiyyənin səlahiyyətlərinə aid qaldırdıqları məsələlər, üç seçicinin işsizlik problemi, Upromxor yaşayış massivində Kür daşqınları zamanı evləri qəzalı vəziyyətə düşmüş yeddi ailə üçün FHN tərəfindən yeni evlərin tikintisi, Qarabağ müharibəsi veteranı və Qarabağ əlilinin sosial təminat məsələsi millət vəkilinin köməkliyi ilə müsbət həllini tapıb.