Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İlkin İzzət/
Mingəçevir hadisələrinə görə şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə iki maddə üzrə təqsirli bilinir.
Trend-in əldə etdiyi məlumata görə, Ş.Şahlarzadə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə məlumatı təsdiqləyib.