...

Batumidəki fövqəladə vəziyyət azərbaycanlı turistlərə təsir edib?

Cəmiyyət Materials 26 Avqust 2015 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Səba Ağayeva/

Ötən gün gecə Gürcüstanın kurort şəhəri Batumidə başlayan leysan yağışları və güclü külək burada istirahət edən azərbaycanlı turistlərə problem yaratmayıb. Bu barədə Trend-ə Azərbaycanın Batumidəki konsulu Arzu Mikayılov deyib.

O bildirib ki, hazırda vətəndaşlarımızdan Azərbaycanın Batumidəki baş konsulluğuna pis hava şəraiti ilə bağlı heç bir müraciət daxil olmayıb.

Diplomat qeyd edib ki, şəhər meriyası təbii hadisənin nəticələrini aradan qaldırır.

A.Mikayılov daşqının baş konsulluğun binasına da ziyan vurduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti