...

Bakıda gənclərin məşğulluğuna dair beynəlxalq seminar keçiriləcək

Cəmiyyət Materials 3 Sentyabr 2015 11:59 (UTC +04:00)
Sentyabrın 9-11-də Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçiriləcək.
Bakıda gənclərin məşğulluğuna dair beynəlxalq seminar keçiriləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Sentyabrın 9-11-də Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə "Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi" mövzusunda beynəlxalq seminar keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, BƏT-in və MDB ölkələrinin nümayəndələri iştirak edəcək. Seminarın gündəliyinə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiyadakı fəaliyyətinə baxış, Təşkilatın "MDB-də gənclərin məşğulluğuna dair əməkdaşlıq" layihəsinin təqdimatı və qiymətləndirilməsi, Azərbaycanda gənclərin məşğulluğu üzrə siyasət və proqramların nəzərdən keçirilməsi və s. daxildir. Həmçinin ayrı-ayrı MDB ölkələrində (Rusiya, Qazaxıstan) əmək bazarında cari problemlər və inkişaf strategiyaları seminarın müzakirə mövzularından olacaq.

Xatırladaq ki, "MDB ölkələrində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq" layihəsi gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində imkanların artırılmasına yönəlib. Azərbaycanın da daxil edildiyi həmin layihə əsasında ötən il ölkəmizdə "Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək" pilot layihəsi icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti