...

Astanada məktəblər üçün ümumtürk dərsliklərinin hazırlanması müzakirə ediləcək

Cəmiyyət Materials 4 Sentyabr 2015 11:38 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin təhsil nazirliklərinin nümayəndələri tərəfindən Astanada orta məktəblər üçün tarix (XV əsrə qədər və XV-XXI dövrü), coğrafiya və ədəbiyyat üzrə ümumtürk dərsliklərinin hazırlanması müzakirə ediləcək.
Astanada məktəblər üçün ümumtürk dərsliklərinin hazırlanması müzakirə ediləcək

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Yelena Kosolapova/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin təhsil nazirliklərinin nümayəndələri tərəfindən Astanada orta məktəblər üçün tarix (XV əsrə qədər və XV-XXI dövrü), coğrafiya və ədəbiyyat üzrə ümumtürk dərsliklərinin hazırlanması müzakirə ediləcək. Trend bu barədə Qazaxıstan Təhsil və Elm Nazirliyinin yaydığı xəbərə istinadən məlumat verir.

Hazırda dərsliklərin hazırlıq mərhələsində olduğu bildirilib. Redaktə işləri başa çatdıqdan sonra kitablar məktəb proqramına daxil ediləcək.

Ümumtürk dərsliklərinin hazırlanması məsələsi sentyabrın 4-5-də keçiriləcək Türk Şurasına üzv ölkələrin təhsil nazirliklərinin yüksək vəzifəli şəxslərinin V və Türk Şurasının təhsil nazirlərinin IV iclası zamanı müzakirə olunacaq.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türk Şurasının təhsil nazirliklərinin nümayəndələri iştirak edəcək.

Həmçinin Türk Şurası ölkələrinin nümayəndələri orta məktəb şagirdləri və ali təhsil ocaqlarının tələbələrinin mübadiləsi proqramını və maliyyə məsələlərini nəzərdən keçirəcək. Türkiyə bu layihəni reallaşdıran ilk dövlət olacaq. Həmçinin təhsil sahəsinin rəhbərləri tərəfindən Türk Akademiyası və Türkdilli Ölkələrin Universitetlərarası Birliyi arasında əməkdaşlıq şərtləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti