...

Kapital Bank "məğlubedilməz altılığı" mükafatlandırdı (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2015 18:06 (UTC +04:00)
Kapital Bank 2015-ci il “Breyn-Rinq” intellektual yarışları üzrə Azərbaycan İntellektual Klublar Assosiasiyasının Kubokunu qazanmış “Kapital Bank” komandasının üzvlərini mükafatlandırıb.
Kapital Bank "məğlubedilməz altılığı" mükafatlandırdı (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Kapital Bank 2015-ci il "Breyn-Rinq" intellektual yarışları üzrə Azərbaycan İntellektual Klublar Assosiasiyasının Kubokunu qazanmış "Kapital Bank" komandasının üzvlərini mükafatlandırıb.

Mükafatı təqdim edən Kapital Bankın departament direktoru Vüsal Nağıyev bu nailiyyətə görə komanda üzvlərini təbrik edərək, növbəti mövsümdə keçiriləcək yarışlarda da onlara uğurlar arzulayıb və yaxşı nəticələr qazanacaqlarına ümidvar olduğunu bildirib.

Səmimi şəraitdə keçən görüşdə ötən mövsümki yarışlar barədə fikir mübadiləsi aparılıb. Sonda altı nəfərdən ibarət "Kapital Bank" komandasına hədiyyələr və 3000 manat məbləğində pul mükafatı təqdim edilib. Komandanın kapitanı Roman Orkodaşvili komandaya göstərilən dəstəyə görə Kapital Banka minnətdarlığını ifadə edib.

Xatırladaq ki, 2015-ci ilin birinci yarısında keçirilən mövsüm ərzində inamlı oyunu ilə fərqlənən "Kapital Bank" finalda "Nar Mobile" komandasına qalib gələrək Kuboka sahib olmuşdur. "Kapital Bank" komandası, həmçinin, "Breyn-Rinq" yarışları üzrə Azərbaycan çempionatının hazırki qalibidir.

Kapital Bankın maliyyə dəstəyi ilə "Breyn-Rinq" yarışlarının yeni mövsümü sentyabr ayından etibarən start götürüb. Oyunları hər həftənin bazar günü axşam saatlarında AZTV-nin efirində izləmək mümkündür. Yarışlar barədə ətraflı məlumatı, həmçinin, www.gametv.az saytından və www.facebook.com/brainring səhifəsindən əldə etmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti