...

"Azәrbaycanın enerji siyasәti Qәrb mәtbuatında" kitabı nəşr olundu

Cəmiyyət Materials 15 Sentyabr 2015 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri -"Azәrbaycanın enerji siyasәti Qәrb mәtbuatında" kitabı işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, kitabda son illәr Qәrb mәtbuatında Azәrbaycanın enerji siyasәti, neft və qaz strategiyası, Xəzərin enerji resurslarının dünyaya çatdırılmasında kəmərlərin rolu ilə bağlı dәrc olunmuş analitik yazılar, mətn və məqalələr yer alır.

Kitab iqtisadçılar, siyasәtçilәr vә maraqlı oxucu kütlәsi üçün nәzәrdә tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti