...

Bakı Beynəlxalq İnnovasiyalar Forumuna ev sahibliyi edəcək

Cəmiyyət Materials 17 Sentyabr 2015 09:34 (UTC +04:00)
Azərbaycan sentyabrın 18-20-də “ASAN xidmət”in İnnovasiyalar Mərkəzi və “ADA” Universitetinin təşkilatçılığı ilə “World Summit Award” və “Grand Jury” tədbirinə ev sahibliyi edəcək.
Bakı Beynəlxalq İnnovasiyalar Forumuna ev sahibliyi edəcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycan sentyabrın 18-20-də "ASAN xidmət"in İnnovasiyalar Mərkəzi və "ADA" Universitetinin təşkilatçılığı ilə "World Summit Award" və "Grand Jury" tədbirinə ev sahibliyi edəcək.

"ASAN"dan Trend-ə verilən məlumata görə, iki hissədən ibarət tədbirin birinci hissəsində sentyabrın 18-də ictimaiyyət üçün açıq Forum keçiriləcək. Forumda sahibkarlarla xarici ekspertlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində öz görüş və prespektivlərini bölüşəcəklər.

İkinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasından 40 qalib seçilməsi üçün "Grand Jury" sessiyası baş tutacaq. 21 beynəlxalq ekspert Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir dövlət tərəfindən "World Summit Award"a göndərilən tətbiqləri dəyərləndirmək üçün Bakıda bir araya gələcək.

Qeyd edək ki, tədbirin məqsədi BMT-nin WSIS (World Summit on the Information Society) gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək və cəmiyyətdə güclü təsiri olacaq rəqəmsal həll yolarını tapmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti