...

Azərbaycan məktəbliləri qırıcı və bombardmançı təyyarələrdə (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2015 11:46 (UTC +04:00)
Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar.
Azərbaycan məktəbliləri qırıcı və bombardmançı təyyarələrdə (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Məktəblilər "TurAz Qartalı - 2015" təlimlərinin qonağı olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, məktəblilər Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə "TurAz Qartalı - 2015" taktiki təlimlərində iştirak edən hərbi pilotların qonağı olublar.

Qırıcı, bombardmançı, hücum, hərbi-nəqliyyat təyyarələri, eləcə də təlimlərdə iştirak edən döyüş-nəqliyyat, axtarış-xilasetmə helikopterləri ilə tanış olan məktəblilər, hərbi pilotlara maraqlandıqları mövzularda suallar veriblər.

Təlimlərdən, xidmətlərindən danışan hərbi şahinlər idarə etdikləri döyüş maşınları barədə şagirdlərlə maraqlı söhbətlər edərək yiyələndikləri peşənin sirlərini onlarla bölüşüblər.

Məktəblilər bəzi təlim proseslərini izləyib və hərbi pilotlarla xatirə şəkilləri çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti