...

Rəqəmsal yayım üçün yeni 113 stansiya qurulub

Cəmiyyət Materials 17 Sentyabr 2015 11:58 (UTC +04:00)
Telekanalların rəqəmsal yayımı üçün Azərbaycanda yeni 113 stansiya quraşdırılıb.
Rəqəmsal yayım üçün yeni 113 stansiya qurulub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Elmir Murad/

Telekanalların rəqəmsal yayımı üçün Azərbaycanda yeni 113 stansiya quraşdırılıb. Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, son illərdə təmsil etdiyi qurum tərəfindən rəqəmsal yayımla bağlı çox böyük işlər həyata keçirilsə də, analoq yayım hələ də söndürülməyib: "Azərbaycanda əhalinin 99 faizi rəqəmli yayımla təmin olunub. Qonşumuz Gurcustanda analoq yayım söndürülüb, amma bizdə hələ də paralel olaraq rəqəmli yayım da mövcuddur. Rəqəmli stansiyalarla yanaşı, 400-ə yaxın analoq yayım stansiyaları da var. Ola bilər ki, kiminsə evində olan televizorda rəqəmsal yayıma imkan verən qurğu yoxdur. Amma çox güman ki, yaxın gələcəkdə tam olaraq rəqəmli yayıma keçəcəyik".

Qeyd edək ki, bir müddət əvvəl rəqəmsal yayımla bağlı sosial paket müəyyənləşdirilib. Bu paketə daxil olan bütün televiziya proqramları rəqəmsal şəbəkədə yayımlanır. Bakıda açıq paketlə yanaşı, kommersiya tipli 6 verici, Gəncədə isə 4 verici olmaqla paytaxtda 96 proqram, Gəncədə isə 54 proqram yayımlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti