...

Bakıda Azərbaycanın görkəmli soylarına həsr olunmuş “Family Run” tədbiri keçirilib

Cəmiyyət Materials 22 Sentyabr 2015 13:33 (UTC +04:00)
Bakıda Azərbaycanın görkəmli soylarına həsr olunmuş “Family Run” layihəsinin ilk tədbiri keçirilib.
Bakıda Azərbaycanın görkəmli soylarına həsr olunmuş “Family Run” tədbiri keçirilib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bakıda Azərbaycanın görkəmli soylarına həsr olunmuş "Family Run" layihəsinin ilk tədbiri keçirilib.

"Intourist Baku, Autograph Collection" hotelində tanınmış tarixçi, "Bakı sirləri" silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovun Azərbaycan blogerləri ilə görüşü keçirilib.

Sözügedən görüş Azərbaycanda start götürmüş və ölkənin tanınmış soylarının nöqteyi-nəzərindən "Glenfiddich" brendinin ailə dəyərlərinin nümayiş etdirilməsinə yönələn "Family Run by Glenfiddich" layihəsi çərçivəsində keçirilib. Layihənin "Glenfiddich" tərəfindən təşkil olunması heç də təsadüfi deyil. Belə ki, məhz dünyanın ən titullu arpa mayalanması vasitəsilə hazırlanan viski brendinin sahibi olan Qrant ailəsi nəsillərarası əlaqələri təmin etməyə və ailə biznesinin davam etdirilməsi ənənəsinin qorunub saxlanmasına nail olub.

"Family Run by Glenfiddich" çərçivəsində Fuad Axundov layihəyə ailə biznesini davam etdirən, həmçinin ailə ənənələrinə əməl edən bir sıra görkəmli nəsil nümayəndələrini cəlb edir. İlk görüşə qonaq qismində Azərbaycanın tanınmış neft sənayeçiləri nəsillərindən birinin davamçısı olan Ramiz Aşurbəyov dəvət olunmuşdu.

Aşurbəyovlar nəslinə həsr olunmuş təqdimatla çıxış edən Fuad Axundov görüş iştirakçılarına adıçəkilən soyun zəngin tarixi, keçmişi və hazırkı durumu haqqında danışıb. O, vurğulayıb ki, Aşurbəyovlar - neft sənayesinin görkəmli simalarının mənsub olduğu və nümayəndələri müxtəlif peşə sahibləri olan: mülkədar, sahibkar, mesenat, elm xadimi və s. zadəgan nəslidir.

"Aşurbəyovlar - Nadir şahdan Abşeron yarımadasında Sabunçu, Zabrat və Keşləni əhatə edən böyük ərazini mülk qismində hədiyyə almış tanınmış sərdar Aşur xan Avşardan başlayan qədim Azərbaycan soyudur. Aşur xana məxsus torpaqlar sonralar onun çoxsaylı varislərinin mülkünə çevrilmişdir. Rusiyanın tərkibinə birləşdirilməsi ilə xan titulunun ləğvindən sonra Aşur xanın nəslinin nümayəndələri böyük ərazili pay torpaq sahibləri kimi mülkədar titulu sayılan bəy adını almışlar. Əcdadlarının xatirəsinə onlar Aşur xanın adını rus tərzinə uyğun soyadlarının əsasına əlavə etmişdilər ki, yeni titulla birgə bu "Aşurbəyov" kimi səslənirdi. Şadam ki, bu soy haqqında 2 veriliş çəkmişəm və onların malikanəsinə çoxsaylı ekskursiyalar təşkil edə bilmişəm", - deyə Fuad Axundov vurğulayıb.

Aşur xanın nəslinin nümayəndəsi və Abşeronda geniş torpaq sahələrini miras olaraq almış Teymur Qara bəy oğlu Aşurbəyovun qısa müddət ərzində Bakının nüfuzlu neft sənayeçilərindən birinə çevrildiyi haqda danışan Fuad Axundov Aşurbəyovlar soyunun ümumilikdə Bakı şəhərinin "qalereyasının" yaradılmasındakı rolunu vurğulayıb. O, həmçinin nəslin nümayəndələrinin xeyriyyəçilik və maarifçilik əməlləri ilə fərqləndiyini qeyd edib.

Tədbirdə çıxış edən Ramiz Aşurbəyov 1904-cü ildə İosif Qoslavskinin layihəsi əsasında Praçeçnaya (indki Qoqol) küçəsində tikilmiş və Aşurbəyovlara məxsus məşhur üçmərtəbəli malikanə barədə danışıb və zəngin tarixə malik ailəyə məxsus sarsılmaz ənənələrə toxunub.

Qeyd edək ki, görüşün qonaqları rahat və səmimi ab-havada layihənin iştirakçıları ilə söhbətləşib 12 illik "Glenfiddich" viskini dequstasiya etməklə xatirə şəkilləri çəkdirmək fürsəti əldə ediblər.

Xatırladaq ki, layihənin növbəti qonağı Azərbaycanın görkəmli Həsənovlar və Səfərəliyevlər soylarının nümayəndələri olacaq.

Qeyd edək ki, "Family Run" layihəsinin təşkilatçısı şotland viski brendi olan "Glenfiddich"dir. "Glenfiddich" brendinin əsası alkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrant tərəfindən qoyulub. 1886-cı ildə o, Şotlandiyada analoqu olmayan yeni şotland viskisi yaratmaq qərarına gəlir. Cəmi bir il ərzində U. Qrant yeni viski istehsalı üzrə zavod qurmuş və onu qal dilindən tərcümədə "Maral vadisi" mənası verən "Glenfiddich" adlandırmışdır. Qrant nəslinin nümayəndələri hazırda da "Glenfiddich"in tarixinin başlandığı həmin zavoda rəhbərlik edirlər

"William Grant & Sons" haqqında:
"William Grant & Sons Ltd" - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: "Glenfiddich", "The Balvenie", "Tullamore D.E.W.", "Grant's". Azərbaycanda brendin rəsmi distributoru "El Trade" şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti