...

"Qan ver, həyat xilas et!" (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2015 15:13 (UTC +04:00)
“LAYF” Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi, “Qan ver, həyat xilas et!” devizi ilə sentyabrın 24-ü və 25-də saat 19:00-da “28 Cinema”da xeyriyyə gecəsi keçirilib.
"Qan ver, həyat xilas et!" (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

"LAYF" Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi, "Qan ver, həyat xilas et!" devizi ilə sentyabrın 24-ü və 25-də saat 19:00-da "28 Cinema"da xeyriyyə gecəsi keçirilib.

"LAYF" Xeyriyyə İctimai Birliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, birliyin icraçı direktoru Emil Vəliyevin KİV nümayəndələrinə verdiyi məlumata görə, tədbirin keçirilməsində məqsəd cəmiyyətdə könüllü qan donorluğunun təbliği və irsi qan xəstəliklərinə qarşı mübarizəyə ictimaiyyətin diqqətini artırmaqdır: "Son illər ölkəmizdə irsi qan xəstəliklərinin qarşısının alınması istiqamətində bir çox qanun layihələri həyata keçirilib. Xüsusilə də, bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irsi qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizin müalicəsi istiqamətində gördüyü işlər ilbəil öz bəhrəsini verməkdədir".

Xeyriyyə gecəsində "EVEREST" filminin premyerası təqdim edilib. Premyerada könüllü qan donorluğunun təbliğində "LAYF" Xeyriyyə İctimai Birliyinə dəstək verən qurumlar və talassemiyalı uşaqlara qarşılıqsız qan verən "Qəhrəman Donorlar" iştirak ediblər. Xeyriyyə gecəsinin ilk günündə, sentyabrın 24-də açılış nitqini tanınmış həkim-cərrah Vasif İsmayıl edib. Daha sonra çıxış edən dəyərli qonaqlar, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və "Toyota Baku" Şirkətinin baş direktoru Mustafa Abbasbəyli könüllü və mütəmadi qan donorluğunun təbliğatının önəmini vurğulayaraq, bundan sonra da bu sahədə görüləcək işlərə dəstək verəcəklərini bildiribər. Xeyriyyə gecəsinin ikinci günündə sentyabrın 25-də isə açılışı "LAYF" Xeyriyyə İctimai Birliyinin icraşı direktoru Emil Vəliyev edib. Daha sonra çıxış üçün üçün söz "LAYF" Xeyriyyə İctimai Birliyin İdarə heyətinin üzvü Məmməd Abbasbəyliyə söz verilib. Məmməd Abbasbəyli qeyd edib ki, "Everest" filminin seçilməsinə səbəb, "Everest" zirvə yürüşünün real həyatda çox çətin keçilən yol olması, eyni zamanda, filmin real hadisələrə əsaslandığını və irsi qan xəstələrinin yaşaması və normal həyata davam etməsi də "Everest" zirvəsinə gedən yol kimi çətin olmasındadır: "Everest" zirvəsinə gedən yolda dağçılar öz komanda üzvlərinə, irsi qan xəstələri isə onların həyatlarına davam etmək üçün zəruri qan ehtiyaclarını ödəyən "Qəhrəman Donorlara" güvənirlər. Ölkəmizdə hər 8 nəfərdən birinin irsi qan xəstəliyi daşıyıcısı olduğunu nəzərə alaraq, dövlətimizin və cəmiyyətimizin xüsusi qayğısı olmadan bu xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın normal həyata davam etməsi mümkünsüzdür. Biz də onların öz həyatının zirvəsinə, yəni sağlam və uzun ömrə sahib olmaları üçün dəstəyimizi əsirgəməməliyik".

Gecədə eləcə də tanınmış dağçı Tərlan Ramazanov film haqqında qonaqlara dəyərli fikirlərini bildirib.

Daha sonra qonaqlara "Everest" filminin premyerası təqdim edilib. Qeyd edək ki, iki gün ərzində filmi 500-dən çox donor izləyib.

Xeyriyyə gecəsinə donorlarla yanaşı, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının və özəl şirkətlərin rəhbərləri, eyni zamanda KİV nümayəndələri və ictimai xadimlər iştirak ediblər.

Xeyriyyə gecəsinin baş sponsoru - "Toyota" Baku şirkəti
Sponsorlar - "Murov" Ekstremal İdman Klubu
Təşkilati dəstək - "LAYF" Xeyriyyə İctimai Birliyi, Azərbaycan Kikboksinq Federasiyası
İnformasiya dəstəyi - ATV telekanalı və 106 Fm-də yayımlanan "Çox yaşa" proqramıdır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti