...

Gömrükçülər 935 qram heroin aşkarlayıb

Cəmiyyət Materials 29 Sentyabr 2015 12:42 (UTC +04:00)
Biləsuvar Gömrük İdarəsi əməkdaşları 935 qram heroin aşkarlayıb.
Gömrükçülər 935 qram heroin aşkarlayıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elmir Murad/

Biləsuvar Gömrük İdarəsi əməkdaşları 935 qram heroin aşkarlayıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, narkotik maddə Bəhrəmtəpə-Ağcabədi avtomobil yolunun 14-cü kilometrliyində aşkarlanıb.

Keçirilən əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşları Aydın Hümbətov və Anar Mahmudov saxlanılıb. Onlardan İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 1 ədəd sellofan bağlamada xalis çəkisi 935,0 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti