...

Gəncədə mənzillə təmin olunmaq istəyən hərbçilərin nəzərinə

Cəmiyyət Materials 1 Oktyabr 2015 17:36 (UTC +04:00)
Müdafiə Nazirliyi Gəncədə mənzillə təmin olunmaq istəyən hərbi qulluqçulara müraciət edib.
Gəncədə mənzillə təmin olunmaq istəyən hərbçilərin nəzərinə

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Müdafiə Nazirliyi Gəncədə mənzillə təmin olunmaq istəyən hərbi qulluqçulara müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlamış, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçmiş, Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.

Əlaqə telefonu: (055) 675-26-56

Məqalədə:
Xəbər lenti

Xəbər lenti