...

Nuşirəvan Məhərrəmli: Hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib

Cəmiyyət Materials 2 Oktyabr 2015 11:14 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli televiziya kanallarında şou verilişlərinin bağlanmasını düzgün hesab edir.
Nuşirəvan Məhərrəmli: Hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli televiziya kanallarında şou verilişlərin bağlanmasını düzgün hesab edir.

Trend-in məlumatına görə, N.Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, çox təəssüf ki, indiyə qədər televiziya kanallarına edilən xəbərdarlıq öz nəticəsini verməyib: "Azərbaycan efirindəki bu sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi, insanların heysiyyatına toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq".

N.Məhərrəmli deyib ki, hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib, belə verilişlərin bağlanması işi davam edəcək.

Bu cür verilişlərin reytinqinə gəlincə, N.Məhərrəmli bildirib ki, hələ bu məsələdən çıxış yolu tapa bilməyiblər: "Amma bunun üzərində işləyirik. Çünki reytinq ölçən təşkilatlarla bağlı iş çox şübhə doğurur. Hansı insanların evlərində piplmetrlərin olması şübhəlidir. Ona görə də bu məsələ barədə düşünürük. Çalışacağıq ki, rəqəmsal yayıma tam keçiddən sonra bu məsələ barədə düşünək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti