Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Bakıda daha bir marşrut xətti istifadəyə verilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində optimallaşdırılma işləri davam etdirilir. Belə ki, Bakıda daha bir marşrut xətti istifadəyə verilir.
10 oktyabr 2015-ci il tarixindən paytaxtda yeni - 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayacaq. 4 saylı marşrut avtobusunun hərəkət istiqaməti "Nərimanov" metro stansiyası - "Gənclik" metro stansiyası - Azadlıq pr. - "28 May" metro stansiyası - Xətai pr. olacaq.