Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
16-18 oktyabr 2015-ci il tarixlərində "Excelsior Hotel & Spa Baku" hotelində "Baku Fashion Night 2015" tədbiri keçiriləcək.
Üç gün ərzində keçiriləcək tədbirdə Ashly Jakcson, Veronico Veco, Ülkər Hüseynova, Cordi Dalman, Fəxriyyə Xələfova, Günay Quliyeva, Gülabatin Əsgərova və ispan dizayneri Jordi Dolman geyim kolleksiyalarını nümayiş edəcəklər.
"Baku Fashion 2015" tədbirinə biletləri "Excelsior Hotel & Spa Baku" hotelindən əldə etmək mümkündür. Tədbirə biletlərin qiyməti 10 AZN-dən başlayır və sıralardan asılı olaraq biletin qiyməti dəyişir.
1 gün üçün VİP biletlərin qiyməti - 40 AZN
2 gün üçün VİP biletlərin qiyməti - 50 AZN
3 gün üçün VİP biletlərin qiyməti - 60 AZN
1 gün üçün birinci sırada qiymət - 30 AZN
2 gün üçün birinci sırada qiymət - 40 AZN
3 gün üçün birinci sırada qiymət - 50 AZN
1 gün üçün ikinci-üçüncü sırada - 20 AZN
2 gün üçün ikinci-üçüncü sırada - 30 AZN
3 gün üçün ikinci-üçüncü sırada - 40 AZN
1 gün üçün dördüncü sıra - 10 AZN
2 gün üçün dördüncü sıra - 20 AZN
3 gün üçün dördüncü sıra - 25 AZN
"Excelsior Hotel Baku" hotelinə +994 12 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.
"Baku Fashion Night" layihəsi ildə iki dəfə mövsüm üzrə keçirilir: Payız-Qış və Yaz-Yay. Tədbir "Excelsior Hotel amp; SPA" hotelinin və İD FASHİON CHANEL telekanalının dəstəyi ilə "FMS Models" məktəbi tərəfindən təşkil edilib.
"Excelsior Hotel & Spa Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Hoteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük spa və sağlamlıq mərkəzi var.