...

Azərbaycanda qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb

Cəmiyyət Materials 14 Oktyabr 2015 21:33 (UTC +04:00)
Azərbaycanda qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.
Azərbaycanda qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycanda qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların nazirliyin kollegiyasında müzakirəsi və qurumun 9 ayda fəaliyyətinin yekunlarının təhlili zamanı bildirilib.

Qeyd olunub ki, bu ilin 9 ayında bələdiyyələrə inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktına baxılıb, bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Xəbər lenti

Xəbər lenti