...

Gəncədə bir qrup dindar icazəsiz aksiya keçirməyə cəhd edib

Cəmiyyət Materials 23 Oktyabr 2015 16:55 (UTC +04:00)
Gəncədə bir qrup dindar icazəsiz aksiya keçirməyə cəhd edib.
Gəncədə bir qrup dindar icazəsiz aksiya keçirməyə cəhd edib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Gəncədə bir qrup dindar icazəsiz aksiya keçirməyə cəhd edib.

Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd edib.

Hadisə yerinə polis qüvvələri cəlb edilib, aksiyaya cəhdin qarşısı alınıb.

İdarədən bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə nəfər saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişi qoruyurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti