...

Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq

Cəmiyyət Materials 28 Oktyabr 2015 12:44 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq.
Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 29-da Bakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 10-12, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da oktyabrın 29-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti