...

Azərbaycanda ilk dəfə olaraq Ekskursiya Bürosu fəaliyyətə başladı

Cəmiyyət Materials 4 Noyabr 2015 15:04 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Turizm Assosiasiyası nəzdində yaradılan Ekskursiya Bürosu fəaliyyətə başlayıb.
Azərbaycanda ilk dəfə olaraq Ekskursiya Bürosu fəaliyyətə başladı

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, Azərbaycan Turizm Assosiasiyası nəzdində yaradılan Ekskursiya Bürosu fəaliyyətə başlayıb.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov Trend-ə bildirib ki, artıq yeni qurum tərəfindən bələdçi olmaq istəyənlər üçün iki aylıq kursların keçirilməsinə başlanılıb. Pulsuz keçirilən kurslar zamanı müxtəlif dillər - şərq, eyni zamanda yapon, Çin, italyan, fransız, ingilis, ispan və digər dillər üzrə ekspursiya bələdçiləri hazırlanacaq: "Hazırda turizm sahəsində bu sahədə boşluq var. Azərbaycanda savadlı, səriştəli ekskursiya bələdçilərinə ehtiyac var. Bələdçilərin gələn qonaqların öz dillərində bələdçilik etməsi daha müvafiqdir".

M.Ağakərimov bildirib ki, kurslarda iştirak üçün müraciət edən 150 nəfər arasından yalnız 25 nəfər seçilib. Seçim zamanı yalnız onların dil bacarıqları deyil, həm də respublikanı yaxşı tanımasına, ölkəmizin mədəniyyəti, incəsənəti, arxitekturası, coğrafıyası və s. haqqında məlumatlarının olmasına diqqət yetirilib.

M.Ağöakərimov belə kursların gələcəkdə də davam etdiriləcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti