...

DB9 GT Bond – "Aston Martin"in yeni modeli (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2015 16:48 (UTC +04:00)
Məhdud istehsal xətti ilə buraxılmış Aston Martin modeli özünün Ceymz Bondla 50 ildən artıq ülfətini təntənəli şəkildə qeyd edir.
DB9 GT Bond – "Aston Martin"in yeni modeli (FOTO)

Aston Martin DB9 GT Bond modelinin buraxılışı

• Məhdud istehsal xətti ilə buraxılmış Aston Martin modeli özünün Ceymz Bondla 50 ildən artıq ülfətini təntənəli şəkildə qeyd edir.
• Yeni model məşhur Ceymz Bondun iştirakı ilə çəkilən Spektr" (Spectre) adlı ən son filmin olan ilkin premyerasını keçirir
• DB9 modelinin bazasında qurulmuş yeni DB9 GT 547 at gücünə malikdir və bu günə qədər buraxılmış bütün DB9 modelləri arasında ən güclüsüdür

Artıq yarım əsrdən artıqdır ki, Aston Martin dünyanın ən məşhur casusu Ceymz Bond üçün ən sevilib-seçilən idman avtomobili hesab edilir. Bu gün Britaniyanın lyuks kateqoriyalı avtomobil brendi son dərəcə məhdud sayda buraxılmış DB9 GT Bond modelinin satışa çıxarılması ilə yanaşı, Spektr" (Spectre) filminin premyerasını qeyd edir.

Dünya üzrə məhdud sayda, cəmisi 150 avtomobil ilə buraxılaraq, pərəstişkarları üçün arzu edilən bu model bu yaxınlarda satışa çıxarılmış DB9 GT modelinin bazasında qurulmuşdur. DB9 modelinin ən mükəmməl imkanlarını təklif edən DB9 GT - uzaq məsafələrə yüksək sürətlə hərəkət etmək üçün layihələndirilmiş, yüksək rahatlıq, eləcə də mükəmməl istismar və idarəetmə xüsusiyyətlərinə malik olan dünya səviyyəli lyuks kateqoriyalı və əllə yığılan bir avtomobildir.

Eksklüziv baza üzərində qurulmuş, Aston Martin şirkətinin əfsanəvi Ceyms Bond filminin əksər seriyaları ilə sıx bağlılığının 50-dən də yuxarı yaşını qeyd edən, son dərəcə füsunkar və dəbdəbəli xarici görünüş, çoxsaylı qurğular və aksesuar əlavələrini özündə birləşdirən yeni Aston Martin DB9 GT Bond buraxılışı məhdud sayda buraxıldığına görə ən möhtəşəm eksklüzivlik səviyyələrini bariz şəkildə nümayiş etdirir.

İncə və zövqlü əlavələr

DB9 GT Bond modelinin bu yeni buraxılışı özünün daxili və xarici görkəmindəki incə seçimlərlə işlənmiş zövqlü əlavələrlə digərlərindən fərqlənir.

6.0 litr V12 mühərrikinə malik uzaq məsafələri ən sürətlə fəth edən və əsl rahatlıq mənbəyi olan bu model unikal "gümüşü spektr" (Spectre Silver) rəngində bərq vurmaqla, avtomobilin ön və arxa tərəflərində "Aston Martin" nişanları özünə yer almışdır və yerləşir və seyrçilər üçün "007 Bond Edition" emblemi ilə onu daha yaddaqalan edir.

Özünün bənzərsiz əlamətləri ilə zəngin olan bu DB9 GT modeli unikal 20 düymlük parlaq "qara brilyant" rəngli 10 milli yüngül lehimli disklər, parlaq alüminium ön hissənin parlaq alüminiumdan hazırlanmış dekorativ hava-ventilyasiya çəpərləri yan gövdə zolaqları və, karbon lifli ön splitter və arxa diffuzor, habelə boz əyləc suportlarla nəfis bir üslubda işlənmişdir.

DB9 GT Bond Edition öz salonunda Ceyms Bonda duyğular dolu incə sevgisini davam etdirir: qapı astanalarında məşhur "007" loqotipinin əks olunduğu unikal nömrəli lövhəciklər, ön və arxa oturacaqların arakəsmələrində nəfis tərtibatlı 2+2 üslubunda tapança naxışı və yeni modelin "taçskrin" tipli Aston Martin AMi II proqramlaşdırılmış məlumatlandırma və əyləncə sistemində xüsusi "Bond Edition" start-işəsalma ekranı vardır.

Bu gözoxşayan naxış-bəzək elementləri avtomobilin büzməli dəri oturacaqları, "Alkantara" materialı ilə üzlənmiş sükan və mərkəzi panelin yarımdonuq karbon lifli elementinin bir araya gəldiyi lüks interyer mühitini tamamlayır.

Möhtəşəm cazibə qüvvəsi

DB9 GT Bond Edition modelinin 6 litrlik V12 mühərriki dəqiqədə 6750 dövr (rpm) ilə 547 at gücü və 5500 rpm ilə 620 Nm fırlanma momentini hasil etmək iqtidarındadır.

Büsbütün yüngül lehimli, üst bölüşdürücü val, 48 klapanlı, 5,935 kub santimetr həcmli, ön orta hissədə quraşdırılmış V12 mühərriki arxa orta hissədə quraşdırılmış, kabellə idarə olunan ötürücü sistemi, 6 pilləli Touchtronic II transmissiyası ilə uyğunlaşdırılıb. Bu isə lüks idman avtomobilinin cəmi 4.5 saniyə ərzində 100 km/saat sürətini yığmasını və maksimal olaraq saatda 295 km sürətlə hərəkət etməsini təmin edir.

Tam dəyirmi, paralel A-şəkilli qoşa linglər üzərində qurulmuş müstəqil asqı sistemi əlavə olaraq təhlükəsiz idarəetməni təmin etməklə yanaşı, üç pilləli Özütənzimlənən Amortizasiya Sistemi (ADS) mümkün ola biləcək ən geniş dinamik xüsusiyyətlərin təmin edilməsi üçün avtomobili idarə edən şəxsə bir-birindən fərqli normal, idman və trek rejimlər təklif edir.

Zərif aksessuarlar

Öz unikal interyer və eksteryer detallarından əlavə, DB9 GT Bond Edition bu modelin yaranışını vurğulamaq üçün Ceyms Bond mövzusuna aid olan bir sıra zərif aksessuarlarla təchiz olunmuşdur. Kolleksiya avtomobilinə relyefli dəri çamadan yarlığı ilə tamamlanmış 21 düymlük ölçülü nəfis tərtibatlı təkərli turist çamadanı, unikal Aston Martin kəmərinə malik Omega Seamaster Aqua Terra 150m James Bond Limited Edition qol saatı da daxildir.

Aston Martin şirkətinin baş icraçı direktoru Doktor Endi Palmer DB9 GT Bond Edition modelinin təqdimat mərasimində qonaqları salamlayaraq bunları qeyd etmişdir: "Həqiqətən Aston Martin və Ceyms Bond bütün dünya üzrə bizim çoxsaylı pərəstişkarlarımızın, habelə Aston Martin avtomobil sahiblərinin təxəyyülündə sarsılmaz vəhdət təşkil edir.

Biz yeni, "007: Spektr" filmində əfsanəvi Ceyms Bondun DB10 avtomobilinin sükanının arxasına əyləşməsinə nail olmuşuq və bu tərəfdaşlığı məhdud sayda buraxılmış, həqiqi kolleksiya nümunəsi, mükəmməl DB9 GT avtomobili ilə qeyd etməkdən sonsuz dərəcədə sevinc və qürur hissləri keçiririk".

Sonda Doktor Palmer bunları əlavə etmişdir: "Mən əminəm ki, bütün dünya üzrə bu eksklüziv idman avtomobilinin birini almağa müvəffəq olmuş 150 avtomobil sahibkarının hər biri, bizimlə birgə bu ilin sonunda ekranlara çıxacaq "007: Spektr" filminin seyrindən zövq alacaqlar".

Albert R. Brokkoli və EON Productions film istehsalı şirkəti haqqında

"EON Productions Limited" və "Danjaq LLC" şirkətləri tam olaraq Brokkoli və Uilson ailələrinə məxsusdur və bu ailələr tərəfindən idarə olunur. Hal-hazırda, mövcud olan Ceyms Bond filmlərinin bütün müəllif hüquqları, eləcə də gələcəkdə Ceyms Bond personajının iştirakı ilə çəkiləcək bütün filmlərin çəkilişi və bütün dünya üzrə satışla bağlı hüquqlarına nəzarət, "Metro-Goldwyn-Mayer Studios" kinostudiyası ilə bərabər ABŞ-da təsis edilmiş "Danjaq" holdinq şirkətinə məxsusdur. "Danjaq" holdinqinin İngiltərədə yerləşən filialı, "EON Productions" film istehsalı şirkəti Ceyms Bond filmlərinin çəkilişi ilə məşğul olur. "007" - kino sənayesi tarixində 1962-ci ildən bu günə qədər istehsal olunmuş 23 film ilə ən uzun müddət davam edən kinofilm seriyalarıdır.

Maykl G. Uilson və Barbara Brokkoli, "Kabbi" (ing. Cubby) təxəllüslü Albert R. Brokollidən (qeyd: Ceyms Bond filmlərinin ilk prodüseri) sonra, "Royal" Kazinosu (Casino Royale), "Mərhəmət kvantı" (Quantum Of Solace) və "Skayfol" (Skyfall) filmləri daxil olmaqla, ən uğurlu Ceyms Bond filmlərini yaratmışlar.

Hal-hazırda, sayca 24-cü olan "007: Spektr" filminin yekun quruluş işləri aparılır.

Aston Martin və DB10

Böyük Britaniyanın lüks kateqoriyalı idman avtomobillərinin istehsalçısı Aston Martin DB10 modelini bu yaxınlarda ekrana çıxacaq "007: Spektr" filminin çəkilişlərində eksklüziv olaraq Ceyms Bond tərəfindən idarə olunması üçün ərsəyə gətirmişdir. İlk dəfədir ki, xüsusi olaraq məhz Bond üçün tamamilə yeni bir avtomobil yaradılmışdır və sözügedən idman avtomobili son dərəcə məhdud sayda buraxılmışdır (cəmi 10 ədəd) və Aston Martin Birləşmiş Krallığın Qaydon şəhərində yerləşən şirkətinin baş qərargahının dizaynerləri, mühəndisləri və yüksək ixtisaslı ustaları tərəfindən xüsusi sifarişə əsasən layihələndirilib və əllə yığılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti