...

Uşaqlarda eşitmə problemlərinin həlli LOR Hospital-da mümkündür (VİDEO)

Cəmiyyət Materials 14 Noyabr 2015 14:16 (UTC +04:00)
Artıq 2014-cü ildən LOR Hospital-da Koxlear İmplantologiya üzrə işlərə başlanılıb.
Uşaqlarda eşitmə problemlərinin həlli LOR Hospital-da mümkündür (VİDEO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Artıq 2014-cü ildən LOR Hospital-da Koxlear İmplantologiya üzrə işlərə başlanılıb.

LOR Hospital-dan Trend-ə verilən məlumata görə, bu müddət ərzində 80-dən artıq Koxlear İmplant əməliyyatları icra olunub və bu işdə yüksək ixtisaslı yerli və xarici həkimlər iştirak ediblər.

Bununla yanaşı, sentyabrın 1-dən 15-ə qədər klinikada pulsuz eşitmə müayinələri həyata keçirilib və 300-dən çox uşaq audiometriya, otoakustik emisyon, timpanometriya, BERA testi və ehtiyac görülən digər müayinələrdən keçiblər. Bu müayinələr nəticəsində koxlear implant əməliyyatına namizəd olan uşaqlar seçilib və artıq bu uşaqların da əməliyyatına başlanılıb. Bu əməliyyatlar hal-hazırda da davam edir. Əməliyyat olunmuş uşaqlara bir ay sonra mütəxəssislər tərəfindən implantın xarici hissəsi taxılır və tənzimlənir, daha sonra isə onlar reabilitasiya məqsədilə Türkiyədə ixtisaslaşmış loqopedlərə yönləndirilirlər.

Kllinikanın audioloq-pediatrı İlahə Aslanova bildirib ki, bu proses ancaq əməliyyatla bitmir: "Proses bütövlükdə üç mərhələdən ibarətdir: müayinə, əməliyyat, reabilitasiya. Əməliyyatdan sonrakı reabilitasiya dövrü də çox önəmlidir. Bu da ən azı 2 il çəkir".

İ.Aslanova valideyinlərin bu barədə məlumatsız olduğundan narahat olduğunu da qeyd edib: "Ümumiyyətlə ölkəmizdə kütləvi olaraq doğum evlərində eşitmənin skrininq müayinəsi aparılmadığından eşitmə itkisinin vaxtında aşkarlanması çətinlik törədir. Buna görə də övladınızın eşitməsi ilə bağlı kiçik bir şübhəniz varsa belə, mütləq klinikamıza müraciət etməyiniz məsləhətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti