...

Bu il 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirildi

Cəmiyyət Materials 20 Noyabr 2015 11:15 (UTC +04:00)
Bu ilin ilk 9 ayında Azərbaycanda 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.
Bu il 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin ilk 9 ayında Azərbaycanda 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir qeyd edib ki, notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı ilbəil artıb. 2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb ki, bunun da 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür.

Həmçinin qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötüb. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti