...

“Azərbaycan Dəmir Yolları” ilə Ukraynanın gəmiçilik şirkəti arasında əməkdaşlıq genişləndiriləcək (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2015 10:52 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “UKRFERRİ” gəmiçilik şirkəti arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.
“Azərbaycan Dəmir Yolları” ilə Ukraynanın gəmiçilik şirkəti arasında əməkdaşlıq genişləndiriləcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "UKRFERRİ" gəmiçilik şirkəti arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətind'n Trend-ə verilən məlumata görə, Ukrayna Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Alekcandr Mişenko və "UKRFERRİ" gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand ilə keçirilən görüşdə QSC-nin sədri Cavid Qurbanov reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə, həmçinin Ukrayna və Azərbaycan ölkələrinin əməkdaşlıq perspektivləri və Ukraynaya Azərbaycan üzərindən tranzit potensialının artırılması məsələləri müzakirə olunmuşdur.

Səfir Alekcandr Mişenko və "UKRFERRİ" gəmiçilik şirkətinin prezidenti Aleksandr Kurlyand "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti