...

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Cəmiyyət Materials 21 Noyabr 2015 12:50 (UTC +04:00)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 22-dən 28-dək Tbilisi şəhərində (Gürcüstan) əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində 1-ci özünü qiymətləndirmədə NATO nümayəndəsi qismində iştirak, noyabrın 23-dən 28-dək Tbilisi şəhərində (Gürcüstan) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və təlim proqramı çərçivəsində 33-cü qiymətləndirici kursu üzrə işçi görüşü, noyabrın 23-dən dekabrın 2-dək Osterholts-Şarmbek şəhərində (Almaniya Federativ Respublikası) çoxmillətli təməl arxa xidməti kursu, noyabrın 23-dən dekabrın 4-dək Ankara şəhərində (Türkiyə) biliklərin idarə edilməsi və təkmilləşdirilməsi kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti