...

Tələbələr makaron və çörək zavodlarında (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2015 16:14 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetinin Qida məhsullarının texnologiyası və turizm fakültəsində təhsil alan tələbələr Gəncədəki “Neon” firmasının istehsal sahələrində olublar.
Tələbələr makaron və çörək zavodlarında (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetinin Qida məhsullarının texnologiyası və turizm fakültəsində təhsil alan tələbələr Gəncədəki "Neon" firmasının istehsal sahələrində olublar.

Tələbələr Qida məhsullarının texnologiyası kafedrasının dosenti Eldəniz Bayramovun rəhbərliyi ilə un dəyirmanında, çörək və makaron zavodlarında istehsal prosesləri və avadanlıqları ilə əyani tanış olublar. E.Bayramov makaron və un istehsalının bütün mərhələlərini tələbələrə əyani şəkildə izah edib.

"Neon" firmasının direktor müavini Fikrət Zamanov isə müəssisədə işin təşkili, məhsuldarlıq, keyfiyyət və istifadə olunan avadanlıqlar barədə məlumat verib. O, qeyd edib ki, bu gün ölkəmizdə yeni yaradılan və müasir tələblərə cavab verən un məhsulları istehsal edən müəssisələrdə yaxşı texnoloqlara ehtiyac böyükdür. Buna görə də tələbələr özlərini gələcəyin yaxşı mütəxəssisləri kimi yetişdirməyə var gücləri ilə çalışmalı, abituriyentlər isə işçi ehtyacının hər zaman çox olduğu istehsal müəssisələrində mühüm vəzifələri tutmaq üçün qida sənayesi üzrə mühəndis-texnoloq ixtisaslarını seçməyə üstünlük verməlidirlər.

Un dəyirmanı, eləcə də çörək və makaron zavodları ilə tanışlıq zamanı tələbələr bir çox suallara yerindəcə cavab tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti