...

“Şamaxinka”da parklanma yeri ləğv olundu (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2015 11:18 (UTC +04:00)

Bakı. Elmir Murad - Trend:

Moskva prospektində, "Şamaxinka" deyilən ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri ləğv edilib.

"Azəryolservis" ASC-dən Trend-ə daxil olan məlumata görə, artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələrinin əksəriyyəti çıxarılıb. Tunelin üzərində qalmış 4 nəqliyyat vasitəsinin sahibləri də tapılandan sonra əraziyə giriş Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən tamamilə bağlanacaq. Bunun üçün köhnə səki daşlarının yerinə daha hündür yeni səki daşlarının düzülməsi işi aparılacaq. Hələliksə parkinqə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı müvəqqəti olaraq beton maneələrlə alınıb.

Bu cür addımların parkinq üçün hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Lakin qanunsuz parklanma yerləri təkcə avtomobil tunellərinin üzərində deyil, həmçinin yol ötürücülərinin ( avtomobil körpüləri ) alt hissəsində də mövcuddur. Bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaradır. Bu üzdən həmin ərazilərdə də duracaqların ləğvi aparılacaq.

Qeyd edək ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aidiyyatı üzrə müraciət olunmuşdu.

Parkinqin ləğv edilməsi istiqamətində aparılan işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə, razılaşdırılmış şəkildə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti