...

Bu il istirahətə göndərilənlərin sayı məlum olub

Cəmiyyət Materials 25 Noyabr 2015 13:03 (UTC +04:00)
Bu il Azərbaycanda həmkarlar təşkilatlarının 100 mindən artıq üzvü istirahətə göndərilib.
Bu il istirahətə göndərilənlərin sayı məlum olub

Bakı. Elçin Mehdiyev - Trend:

Bu il Azərbaycanda həmkarlar təşkilatlarının 100 mindən artıq üzvü istirahətə göndərilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev jurnalistlərə deyib.

S.Mehbalıyev qeyd edib ki, həmkarlar ittifaqlarının üzvləri həm AHİK tərəfindən ayrılan yollayışlar hesabına, həm də həmkarlar təşkilatlarının özlərinin büdcələrinin hesabına istirahətə göndəriliblər.

S.Mehbalıyevin sözlərinə görə, AHİK bu il 50 minə yaxın yollayış ayırıb.

AHİK sədri əlavə edib ki, əvvəlki illərə nisbətən həmkarlar ittifaqlarının maliyyə imkanları yaxşılaşıb və onlar öz üzvlərinin istirahəti üçün lazım olan maliyyəni ayıra bilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti