Dinə, dövlətə, bizə meydan oxuyurlar (FOTO)

Dinə, dövlətə, bizə meydan oxuyurlar (FOTO)

Elçin Alıoğlu - Milli.Az-ın Baş redaktorunun müavini

Allahın Peyğəmbəri (s.ə.s. "Xəyanətkarın dörd nişanəsi var: rəhman olan Allaha itaətsizlik etmək: qonşularına əziyyət vermək, hamıya nifrət etmək, özbaşına və asi adamlara qoşulmaq". (Tuhəful-Uqul, səh.22)

Bu gün ikindi saatlarından bir qədər sonra Nardaran qarışdı. DİN-nin rəsmi məlumatında olay qısa, amma çox ağır cümlələrlə belə səciyyələndirildi: "İslamçı ekstremistlərin silahlı hücumu zamanı 4 nəfər həlak olub. Onların 2-si DİN əməkdaşıdır. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda başda hacı Tale Bağırov olmaqla bir qrup islamçı ekstremistə qarşı xüsusi əməliyyat keçirib".

Hadisə isə ondar ibarətdir ki, hacı Tale Bağırovu saxlamaq istəyən polislər evə daxil olarkən onlara atəş açılıb, əl qumbarası atılıb.
Yenə də Tale Bağırov...

"Müsəlman Birliyi Hərəkatı" adlı qeyri-rəsmi qurumun rəhbəri olduğnu iddia edən Tale Bağırov son vaxtlar ritorikasını dəyişərək Nardaran kəndinin sakinlərinin hüquqlarından, onların haqlarından danışır, bu zaman dini terminologiyadan gen-bol istifadə edirdi.

Tale Bağırovun tərəfdarları, dindar olduqlarını desələr də, daha çox radikal davranan, çıxışlarında və çağırışlarında sürəkli olaraq ekstremizmə qapılan şəxslər də liderlərinin məhz Nardaran əhlinin maraqlarını qoruduğunu söyləyirlər.

Qəribə iddia, mübahisəli məntiqdir. Nədən ki, Nardaran kəndinin nüfuzlu, özünü bilib sözünü deyən ağsaqqalları, hörmət və izzət sahibi şəxsləri həmişə olub, indi də az deyil. Kimsə bu kəndin adından danışmaq, nardaranlıların haqq və hüquqlarının müzakirəsi ilə qorunmasını inhisara almaq hüququna malik deyil.

Belə haqqı öz bildiyi formada istifadə etməyə çalışaraq yeganə həqiqət mənbəyi, az qala absolyut ədalət simvolu kimi görünməyə can atanlar və ələlxüsus da fərdiyyəti, merkantil maraqlarını dinlə pərdələməyə cəhd göstərənlərsə elə İslamın özünü nüfuzdan salmağa yönəlmiş əməl sahibləri sayıla bilər.

Gerçək dindarlar, o cümlədən nardaranlılar kənar qüvvələrin təsirinə düşmədən, absurd iddialarla çıxış etmədən, hakimiyyəti devirməyə çağırmadan imanlarına sadiq qalır, hidayətdə olur, mənəvi kamillik məcrasını tuturlar.

Azərbaycanda ənənəvi inanc olan şiəliyi siyasi məqsədlər üçün alətə çevirmək, sonra da uzaqlardan gələn təlimatları yaxında əmələ döndərmək heç bir halda dindarlıq, yaxud da dini təəssübkeşlik, vətəndaşların maraqlarından çıxış etmək sayıla bilməz.

Nardarandakı vəziyyətdə çox ciddi təhlil və araşdırmanı tələb edir.

Kənd sakinlərindən "xüms" adı ilə pullar yığılır, toparlanan məbləğlərin dini maarifləndirmə işlərinə sərf olunduğu deyilir. Halbuki, vətəndaşların, möminlərin halal pullarından sonradan sırf siyasi məqsədlər üçün istifadə etmək halala haram qatmaq, haqsızlığa nail olmaq üçün haqqa girməkdən başqa bir şey deyil.

Ən azı ona görə ki, o yığılan pulların xərclənməsinə kənd sakinləri nəzarət edə bilmirlər. Halbuki, Şəriətə görə, xüms qismində yığılmış pulların sərfiyyatı, bölünməsi, paylaşdırılması tam şəffaf olunmalı, halal vəsaitinin bir qismini bu işə vermiş insanın hər hansı sualına dərhal cavab verilməlidir.

Fəqət "xüms" adı ilə Tale Bağırovun əlində cəmləşən pul vəsaitinin hara, necə və hansı məqsədlərlə xərcləndiyini Nardaran əhli arasında neçə nəfər bilir?

"Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Tale Bağırov "hər bir dindarın hüququnu qorumaq"la məşğul olduğunu deyir. O, az qala müctəhid imici qazanmaq, haqq və ədalət uğrunda ictihada çıxmış adam təki tanınmaq istəyir. Halbuki, hacı Talenin dolaşdığı avtomobillərə, onu müşayiət edən şəxslər arasında maddi baxımdan korluq çəkən mömin sayıla biləcək adamların çox az olmasına nəzər salsaq, xeyli mətləblər agah olur.

"Hər bir dindar"ın adından danışmağı sevən hacı Talenin inanclı şəxslərin etimadından, inamından sui-istifadə etməsi, bu minvalla siyasi möhtəkirliyə yuvarlanması eyni zamanda orta statistik dindarların halından bixəbərliyi ilə müşayiət olunur.

Heyhat, belədir.

Və əgər belədirsə, siyasətçi olmağa çalışdığını gizlətməyən hacı Tale Bağırovun liderlik iddiaları birmənalı təsir bağışlamır.

Hidayət yolu, yoxsa iğtişaşlara çağırış?

Hacı Talenin çıxışları, bəyanatları və nitqlərinin leytmotivini mövcud hakimiyyətə kəskin antipatiya, radikallıq, aqressiya təşkil edir. Çıxışlarında rəsmi qurumları və dövlət məmurlarını hədələyən, kəskin tənqidi kütləvi itaətsizliyə və etiraz aksiyalarına çağırışlarla simbioz edən hacı Talenin dinlə bağlı söylədikləri də həddən ziyadə səthi təsir bağışlayır.

Onun İranın Qum şəhərindəki müəlliflərinin tədris metodikaları zəif olub, yoxsa Tale Bağırov İranda təhsil aldığı zaman İslamın və Şəriətin dərinliklərinə baş vurmaq istəməyib - dəqiq bilinmir. Bilinən budur ki, illahiyyatçı kimi erudisiyası zəif, məlumat bazası kasad olan T.Bağırov bu nöqsanlarını siyasi imperativlərlə əvəzləyir.

Beləcə o, sırf İslamdan və dindən, dindarların hüquqlarından bəhs etdiyini vurğulsa da, siyasi fəaliyyətlə məşğul olduğunu pərdələyə bilmir.

Əslində, heç bacarmayıb da.

"Birlik" adlı məkr

"Müsəlman Birliyi Hərəkatı" adlı qrupun indiyədək yaydığı bəyanatlara, bu "struktur"un rəhbəri Tale Bağırov və onun sağ əli Zülfüqar Mikayılzadənin fəaliyyətlərində radikallıqla bahəm, İrana meyllilik aşkar görünür.

Di gəl, məntiqli illahiyyatçı və illah da ki, praqmat siyasətçi olmayan Tale Bağırov açıqlamalarında qütbləri səhv salır. Məsələn, o, həbsdən azad olunandan dərhal sonra Leyla Yunusu dəstəkləyən bəyanatlar vermişdi.

Məntiq də bu idi ki, Leyla Yunus "siyasi məhbus"dur və əgər belədirsə, mütləq, az qala avtomatik dəstəklənməlidir.

Lakin Tale Bağırov unutmuş, onun ətrafındakılar da "lider"ə xatırlatmamışdılar ki, L.Yunus ABŞ-a, ümumiyyətlə, Qərbə əlahiddə rəğbəti olan, dünyəviliyi ilə seçilən, dindarlara isti münasibəti ilə seçilməyən bir xanımdır.

Tale Bağırov "Leyla xanım" adlandırdığı, külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə suçlanaraq həbs olunmuş vətəndaşımızı dəstəkləməkdə ikən "Müsəlman Birliyi Hərəkatı"na rəğbət bəsləyənlərdə narazılıq yaranmışdı.

Niyə də olmasın: qruplaşma üzvlərindən birinin dediyi kimi, "İrana sadiq adamın Amerikanın adamından ağızdolusu, vəcdlə bəhs etməsini anlamaq olmur".

Analamaqsa çox asandır. Bəsit səbəb odur ki, Tale Bağırov sırf öz maraqlarını güddüyündən həm İrana meylli "illahiyyatçı, siyasətçi və lider", həm də "ABŞ və Qərblə dialoqun tərəfdarı" kimi tanınmaq istəyirdi.

Onun azsaylı olmayan istəklərindən biri də tərəfdarlarını hərəkətə gətirərkən öndə olmaq, amma gərəkli anda mövqeni dərhal dəyişərək təhlükəsiz müstəviyə çəkilmək bacarığına malik olmaqdı.

Necə ki, bu ilin noyabrın 5-də yaşanmış olaylarda saxlanan dindarların arasında nə Tale Bağırov vardı, nə də Zülfüqar Mikayılzadə.

Adlarını çəkdiyim şəxsləri 110 il əvvəl Sankt-Peterburqda, Qış Sarayının qarşısındakı hadisələr zamanı keşiş Georgi Apollonoviç Qapona bənzətmək istəməsəm də, müəyyən analogiyalar yox deyil.

"Müsəlman Birliyi Hərəkatı"nın yaradıldığı əyan ediləndən sonra Sabunçu rayonundakı "Əbülfəz Abbas" məscidinə Tale Bağırov tərəfdarları toplaşmağa başladılar. Yerli dini icmaya əsla aidiyyəti olmayan T.Bağırov və Z.Mikayılzadə həmin məscidi radikal çıxışlarının tribunasına, aqressiv ritorika məkanına çevirmişdilər.

Az sonra isə T.Bağırov sözlərini "Əbülfəz Abbas" məscidi camaatının mövqeyi kimi qələmə verməyə də başlamışdı.

Bütün bunlar daim sıxılan yay təsiri bağışlayırdı və həmin yay günlərin birində mütləq açılmalıydı.

Tale Bağırov və Z.Mikayılzadənin son vaxtlardakı çağırışlarında isə aşkar şəkildə Azərbaycanda Şəriətlə idarə olunan dövlətin qurulması tələbləri vardı.

Natamam, siyasi baxımdan zəif tələblər çoxlarına demaqogiya təsiri bağışlasa da, belə deyildi.

Acı gerçək o idi ki, Tale Bağırov qarşısına qoyduğu məqsədə inadla, sinirli şəkildə gedirdi və bu yolda hər vasitələyə əl atmağa hazır olduğunu gizlətmirdi.

Nardaranda baş verənlər, yaşananlar, daha doğrusu, hər birimizə yaşadılanlar dinlə pərdələnən, İslamın kölgəsində gizlənməyə çalışanların xarici ölkələrdən alınan əmlər, təlimatlar, göstərişlər əsasında davrandıqlarını tam əyan etdi.

Ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləmək, məmləkəti Suriyaya, Liviyaya, İraqa döndərmək istəyən radikal ekstremistlərin simaları aydın görünür.

Silahlı müqavimət, polislərin qətlə yetirilməsi - bu, İslama zidd əməllərdir, cinayətdir.

Azərbaycanda stabilliyin hifzini istəyiriksə, artıq hər birimizi hədələyən şəxslərin, ən müxtəlif adlarla pərdələnən radikal ekstremistlərin qarşısını almalıyıq.

Yoxsa, çox gec ola bilər.

TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Loading Bars
Xəbər lenti
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)
Ermənistanın sabiq prezidenti Qarabağ müharibəsindəki məğlubiyyətlərinin səbəblərini açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib
Azərbaycanda bu il istehsal olunan ÜDM-in həcmi açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Dövlətin dəstəyi ilə multikulturalizm ənənələri qorunub saxlanılır - Alban-Udi Xristian icmasının sədri
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb (FOTO)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Qazaxıstanda koronavirusa daha 2 459 nəfər yoluxub
Azərbaycan Ordusunda təlimlər başlayıb
Yaponiya sahillərində 6.1 bal gücündə zəlzələ olub
Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri
BƏƏ-yə xarici investisiyalar 2020-ci ildə 44% artıb
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır - Leyla Abdullayeva
Nyu-Yorkda atışma baş verib
Argentinada koronavirusdan ölənlərin sayı 70 mini ötüb
"Lester" ilk dəfə İngiltərə Kubokunun qalibi oldu
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
İsrail HƏMAS-ın siyasi bürosunun liderinin evinə raket zərbəsi endirib
Braziliyada koronavirusdan daha 2 087 nəfər ölüb
Netanyahu İsrailin atacağı addımlar barədə Baydeni məlumatlandırıb
HƏMAS Tel-Əviv və Aşdod istiqamətində onlarla raket buraxıb
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
HƏMAS iki saatlıq Təl-Əvivin atəşə tutulmasını dayandırdı
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb
Abbas Baydenlə Yaxın Şərqdəki son hadisələri müzakirə edib
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Bütün xəbərlər