...

Dərs buraxan şagirdlərin valideynləri cərimələnəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Dekabr 2015 16:26 (UTC +04:00)
Azərbaycanda orta məktəblərdə dərs buraxan şagirdlərin valideynləri 100 manat cərimələnəcək.
Dərs buraxan şagirdlərin valideynləri cərimələnəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:49-da yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda orta məktəblərdə dərs buraxan şagirdlərin valideynləri 100 manat cərimələnəcək.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik bu gün Milli Məclis tərəfindən qəbul edilib.

Yeni dəyişikliyə əsasən, 1 ay ərzində 7 gündən artıq dərs buraxan şagirdin valideyni 100 manat həcmində cərimələnəcək.

Bununla belə, deputat Elmira Axundova məktəblərdə cərimələrin tətbiq edilməsini məqsədəuyğun hesab etməyib: "İlk növbədə, məktəblərdə şagirdlərin dərsləri buraxmasının səbəbləri ilə mübarizə aparmaq lazımdır. Cərimələrin tətbiq edilməsi çoxsaylı mənfi faktlara və məktəblərdə faktiki ticarətə səbəb ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti