...

Sınmış qayıq parçasına yapışıb qurtulan neftçi: Yuxarıda alov təhlükəsi vardı, aşağıda dəniz təlatümlü idi… (VİDEO)

Cəmiyyət Materials 7 Dekabr 2015 14:49 (UTC +04:00)
“Çıxış yolu yox idi. Yuxarıda alov təhlükəsi var idi, aşağıda dəniz təlatümlü idi”.
Sınmış qayıq parçasına yapışıb qurtulan neftçi: Yuxarıda alov təhlükəsi vardı, aşağıda dəniz təlatümlü idi… (VİDEO)

Bakı. Trend:

"Çıxış yolu yox idi. Yuxarıda alov təhlükəsi var idi, aşağıda dəniz təlatümlü idi".

Trend-in məlumatına görə, "Günəşli" yatağında baş vermiş dəhşətli yanğının təfərrüatlarını Mərkəzi Neftçilər Xəstəxanasında stasionar müalicə alan neftçi Ənvər Əliyev danışıb: "Çıxış yolu yox idi. Yuxarıda alov təhlükəsi var idi, aşağıda dəniz təlatümlü idi. Yenə də qərara gəldik ki, platformada qalmayaq. Qayıqlara mindik. Mən sınan qayığın içərisində idim. Qayıq sınanda hamımız suya töküldük, sınmış qayığın parçalarına yapışıb durmuşduq. Dalğa vurub yanımızdakı parçanı və yoldaşları harasa uzağa apardı. Onların sonrakı taleyindən xəbərimiz olmadı".

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti