...

"Günəşli" yatağının 10-cu özülündə yanan qaz quyularıdır

Cəmiyyət Materials 8 Dekabr 2015 11:19 (UTC +04:00)
"Günəşli" yatağının 10-cu özülündə ilkin ehtimalla yanan qaz quyularıdır.
"Günəşli" yatağının 10-cu özülündə yanan qaz quyularıdır

Bakı. İlhamə İsabalayeva-Trend:

"Günəşli" yatağının 10-cu özülündə ilkin ehtimalla yanan qaz quyularıdır.

Trend-in məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov "Günəşli" yatağının 10-cu özülündə baş verən hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov deyib ki, yanğın hazırda quyularda gedir: "İlkin ehtimalla yanan qaz quyularıdır".

B.Ağarəhimov deyib ki, yanğının söndürülməsi üçün yeni gəmi cəlb edlilib. Onun üzərində su vurma təzyiqi 1500-2000 kub metrə qədər olan su nasosunun quraşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti