...

"Günəşli" yatağındakı yanğın nəzarət altına alınıb

Cəmiyyət Materials 8 Dekabr 2015 20:25 (UTC +04:00)
"Günəşli" yatağında baş verən yanğın müəyyən dərəcədə nəzarət altına alınıb.
"Günəşli" yatağındakı yanğın nəzarət altına alınıb

Bakı. Elçin Mehdiyev - Trend:

"Günəşli" yatağında baş verən yanğın müəyyən dərəcədə nəzarət altına alınıb.

Trend-in məlumatına görə, bu barədə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

"Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov isə bildirib ki, sabaha olan hava proqnozuna uyğun olaraq yanğının söndürülməsi işləri davam etdiriləcək.

Onun sözlərinə görə, yüksək dalğalı şəraitdə işləməyə hesablanmış gəmilər yanğınsöndürmə işlərini davam etdirəcək: "Hava şəraiti imkan verməsə, yüngül gəmilər həmin ərazidən uzaqlaşdırıla bilər".

Baş mühəndis qeyd edib ki, hazırda 3 gəmi yüksək dalğalı hava şəraitində işləmək qabiliyyətinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti