...

Təhqiqat orqanı əməkdaşlarının cinayət xarakterli məlumatları araşdırması qadağan edildi

Cəmiyyət Materials 9 Dekabr 2015 16:47 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin 2011-ci il 3 noyabr tarixli 680 nömrəli Qərarı ilə təsdiq edilmiş “Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında” qanuna dəyişikliklər edilib.
Təhqiqat orqanı əməkdaşlarının cinayət xarakterli məlumatları araşdırması qadağan edildi

Bakı. Elmir Murad - Trend:

Daxili İşlər Nazirliyinin 2011-ci il 3 noyabr tarixli 680 nömrəli Qərarı ilə təsdiq edilmiş "Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilib.

Trend-in əldə etdiyi məlumata görə, dəyişikliyə əsasən DİN-in "102" xidməti-zəng mərkəzi sistemindən daxil olan cinayətlər barədə məlumatlar təsdiqlənməsindən asılı olmayaraq birbaşa 1 nömrəli kitabda qeydə alınır (2 nömrəli kitabda qeydiyyata alınmadan) və prosessual araşdırmaya təqdim edilir. DİN-in "102" xidməti-zəng mərkəzi sistemindən daxil olmuş cinayət xarakterli məlumatlar istisna olmaqla, digər texniki vasitələrlə daxil olan cinayət barədə məlumatlar 2 nömrəli kitabda qeydə alındıqdan sonra məsul növbətçi tərəfindən orqan rəisinə məruzə olunur. Həmin məlumatın cinayət xarakterli olması müəyyən edildikdə 1 nömrəli kitabda qeydə alınaraq prosessual araşdırmaya yönəldilir.

Həmçinin cinayət xarakterli məlumatların araşdırılmasının təhqiqat orqanının əməkdaşlarına həvalə edilməsi qadağan olunur və buna görə təhqiqat orqanının rəhbəri (ərazi polis bölməsinin rəisi) məsuliyyət daşıyacaq.

Dəyişikliklərin icrası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə və Növbətçi Hissələri İdarəetmə Xidmətinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti