...

Azərbaycan Kür çayı üzərində inşa etdiyi asma körpü ilə Qafqazda ilkə imza atdı (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2015 11:27 (UTC +04:00)
Salyan rayonu Kür çayı üzərində inşa edilən asma körpü ilə Qafqazda bir ilkə imza atıldı.
Azərbaycan Kür çayı üzərində inşa etdiyi asma körpü ilə Qafqazda ilkə imza atdı (FOTO)

Bakı. Trend:

Salyan rayonu Kür çayı üzərində inşa edilən asma körpü ilə Qafqazda bir ilkə imza atıldı.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri yekunlaşıb. Sürücülər yeni körpüdən sözügedən avtomobil yolu istismara veriləndən sonra istifadə edə biləcəklər.

Bildirilir ki, layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54.4-55.8 kilometrliyində 1400 metrlik ərazidə aparılıb. 5 aşırımdan ibarət yeni körpünün uzunluğu 362.9 metr, eni isə 29,8 metrdir. Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.

Tikinti işləri nəticəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 ədəd düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa 8.0x5.0 metr ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib.

Körpünün eninin böyüklüyünə görə, Azərbaycanda ilk dəfə olaraq eninə gərginləşdirmə aparılmaqla konsollardan istifadə edilib. Körpü 9 ballıq seysimik təsir, A 15 və NK-100 müvəqqəti yuk təsirinə hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti