...

Azərbaycanda "Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi" qaydaları təsdiqlənib

Cəmiyyət Materials 20 Dekabr 2015 15:55 (UTC +04:00)
Azərbaycanda "Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi" qaydaları təsdiqlənib.
Azərbaycanda "Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi" qaydaları təsdiqlənib

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda " Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi" qaydaları təsdiqlənib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, fonda dövlət reyestrinə daxil edilmiş sortların dövlət standartlarının tələblərinə cavab verən Dövlət Sifarişçisinin elmi-tədqiqat və tədris müəssisələrində, təcrübə təsərrüfatlarında, eləcə də dövlət və özəl toxumçuluq subyektlərində istehsal olunan, habelə idxal edilən orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı toxumlar tədarük edilir.

Tədarük üçün satıcı tərəfindən təklif olunan toxumun Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaşdırılması laboratoriyası tərəfindən verilmiş sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı olmalıdır. Fonda 2-ci reproduksiyadan aşağı toxumun tədarük edilməsinə yol verilmir.

Fonda tədarük edilən toxumlar sortlar üzrə qablaşdırılmalı və etiketləşdirilməlidir.

Fonda tədarük olunan toxum nəzərdə tutulmuş tələblərə əməl edilməklə, Dövlət Sifarişçisinin məntəqələrində (anbarlarında) saxlanılır.

Dövlət Sifarişçisinin saxlanma məntəqələri çatışmadıqda, həmin məhsul müqavilə əsasında tələblərə cavab verən hüquqi və fiziki şəxslərə məxsus saxlanma məntəqələrində saxlanılır. Saxlanma məntəqələri hər ay saxlanılan toxumun həcmi haqqında Dövlət Sifarişçisinə onun təsdiq etdiyi formaya uyğun hesabat təqdim edirlər.

Fondda saxlanılan toxum Dövlət Sifarişçisi tərəfindən sığorta olunur.

Fonda tədarük edilən toxumdan kənd təsərrüfatı məhsulları istehsalçılarını kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumları ilə təmin etmək,təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacı ödəmək və daxili bazarda toxum çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadə olunur.

Təbii fəlakətin (sel, yanğın, quraqlıq və s.) nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fondda saxlanılan toxumdan istifadəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir.Fondda saxlanılan toxumun satış məqsədi ilə istifadəsi alıcı tərəfindən onun dəyəri əvvəlcədən ödənildikdən sonra həyata keçirilir. Xəstəlik və zərərvericilərin sirayət etməsi nəticəsində Fonda tədarük edilmiş toxumun xarab olma təhlükəsi yarandıqda, həmin toxum yenisi ilə əvəz edilir.

Xəbər lenti

Xəbər lenti