Süni qiymət artımının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi tədbirlər planı hazırlayıb

Cəmiyyət Materials 24 Dekabr 2015 14:34 (UTC +04:00)
Manatın devalvasiyasından sonra süni qiymət artımının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə tədbirlər görür.
Süni qiymət artımının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi tədbirlər planı hazırlayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Manatın devalvasiyasından sonra süni qiymət artımının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə tədbirlər görür. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədov bildirib ki, Nazirlik kənd təsərrüfatı yaramarkalarının həm sayını, həm də həcmini genişləndirmək niyyətindədir: "Yarmarkaların sayını artırmaqla məhsulların dolayı yolla deyil, birbaşa bazara çıxışını təmin etməyə çalışacağıq ki, kimsə bu yaranmış vəiyyətdən istifadə edərək süni qiymət artımına yol verməsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti