...

Şaxtalı havalar davam edəcək: yollar buz bağlayacaq

Cəmiyyət Materials 4 Yanvar 2016 12:36 (UTC +04:00)
Hazırda Bakıda havanın temperaturu iqlim normasından 0,5 dərəcə aşağıdır.
Şaxtalı havalar davam edəcək: yollar buz bağlayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 0,5 dərəcə aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, ciskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Gecə və səhər şəhər ətrafı yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 5-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti