Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyi tərəfindən müəyyən dərman vasitələrinin dövriyyəsinə qadağa onların adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub.
Trend xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, siyahıda adları göstərilən və dövriyyəsi qadağan edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər.
Qeyd edək ki, Trend Agentliyi yanvarın 4-də müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsini qadağan edildiyi barədə məlumat yaymışdı. Lakin bəzi insanlar bunu yanlış başa düşərək qadağanın dərmanın adına aid olduğunu hesab ediblər.