...

Bakının rayonlarında su təchizatı dayandırılmayacaq

Cəmiyyət Materials 7 Yanvar 2016 09:35 (UTC +04:00)

Bakı. Trend:

Bakının rayonlarında su təchizatı dayandırılmayacaq. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin yerinin dəyişdirilməsi işləri texniki məsələlərlə bağlı təxirə salınıb. Bununla əlaqədar yanvarın 7-də Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafı, eləcə də Nizami rayonunun Mikayıl Əliyev və Çobanzadə küçələri boyu ərazilərin içməli su təchizatı dayandırılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti