Bakı Samir Əli - Trend:
Yanvarın 5-də Bakıda mənzilində xüsusi amansızlıqla qətlə yetirilən qızıl alverçisi Məryam Namətzadənin qatili saxlanılıb.
Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, qatıl polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxs M.Namətzadənin qızı Gunel Hüseynovadır.
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü M.Namətzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
M.Namətzadə Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olub.