Bakı. Trend:
Xəzərin sahilində, Bibiheybətdə, Şıx çimərliyi yaxınlığında yerləşən və Bakının ən tanınmış istirahət mərkəzlərindən olan "Nar Şərab" restoranı (https://www.facebook.com/Nar-Sharab-Beach-551098988261553/?fref=ts), həmişəki kimi, tam gücü ilə işləyərək, yüksək səviyyəli və keyfiyyətli xidmətə dəyər verən müştərilərinə məmnunluq və könül xoşluğu bəxş edir. Ötən ilin son aylarında bəzi kütləvi informasiya vasitələrinin yaydıqları müxtəlif şayiə və yalanlar unikallığı və rahatlığı, ən başlıcası, bənzərsiz mətbəxi ilə paytaxt sakinlərinin və qonaqlarının rəğbətini qazanmış bu ictmai iaşə müssəsisəsində çalışan çoxsaylı peşəkar heyəti qətiyyən ruhdan salmayıb. Restoranı idarə edən Fuad Quliyev deyir: "Nar Şərab" milli süfrə mədəniyyətimizin nümunəvi təmsilçisi və təbliğçisi imicini daha da möhkəmləndirmək əzmindədir. Yeni ili restoranda xoş duyğular və unudulmaz təəssüratlarla qarşılayan yüzlərlə qonaq bunun şahidi olmuşdur...
Bədii-memarlıq elementlərində keşmişin və müasirliyin mükəmməl və dinamik bir şəkildə birləşdiyi beşmərtəbəli möhtəşəm bina, geniş və işıqlı salonlar, zövqlə düzəldilmiş yay meydançası və terraslar, hovuz və təbii ki, hər kəsi valeh edə biləcək dəniz mənzərəsi "Nar Şərab"ın ilk baxışdan diqqəti çəkən ən mühüm özəllikləridir. Amma paytaxtımızın bir sıra tanınmış restoranlarına xas olan belə özəlliklər çox qısa müddətdə həm elitar, həm də populyar bir iaşə müəssisə kimi ad çıxarmağa, yəqin ki, bəs eləməzdi. 2012-ci ildə fəaliyyətə başlayarkən "Nar Şərab"ın qarşısında qoyulan əsas vəzifə - Avroasiyanın paytaxt şəhərlərinin yeni parlayan ulduzu kimi dünya turzim xəritəsində öz yerini müəyyənləşdirməkdə olan Bakıda ən yüksək xidmət standartlarına uyğun, milli mətbəximizi şöhrətləndirəcək daha bir lüks kateqoriyalı istirahət və əyləncə məkanı yaratmaq idi...
"Nar Şərab" mənsub olduğu kateqoriyanın tələblərinə tam cavab verir: burada təkcə interyer və eksteryer deyil, mebel və avadanlıqlar, qab-qabacaq və süfrə örtükləri, müştərinin gördüyü və toxunduğu hər şey bənzərsiz və unikalldır. Mühafizəli parkinqlə təmin olunan qonaqlara təklif edilən kiçik və böyük salonların hər birində yemək masası ilə yanaşı, yumşaq mebellə dəşənmiş rahat istirahət guşəsi var. Qədim və müasir Bakının fotoşəkillərinin zövqlə sərgiləyəndiyi, müxtəlif tarixi əşyaların nümayiş etdirildiyi bu salonların ən mühüm özəlliyi isə onların hər birində rəfləri çoxsaylı kitablarla dolu yaraşıqlı dolabların olmasıdır. Banket salonlarında müsiqiçilər üçün ayrıca səhnə, bəzisində isə sadəcə qonaqların özlərinin ifası üçün nəzərdə tutulan royal belə vardır...
Restoran öz müştərilərinə milli mətbəxin və Avropa mətbəxinin ən ləziz, ən dadlı təamlarını təqdim edir. Milli süfrə mədəniyyətimizin kamil bilicisi olan, eyni zamanda İtaliya və Fransada təcrübə keçmiş yerli aşpazlar hər bir sifarişi yüksək keyfiyyətlə yerinə yetirirlər. Burada menyuya daxil edilmiş hər bir xörək və salat, əsasən, yerli məhsullardan restoranın özündə hazırlanır. Onları bir-bir sadalamaq, hansı üsul və texnologilayalarla hazırlandığını söyləməkdənsə, restorana təşrif buyurub bu nemətlərdən şəxsən dadmağı məsləhət görərdik.
Dünyanın hər bir restoranında olduğu kimi, "Nar Şərab" da özünün eksklüziv yeməkləri ilə tanınır. Məsələn, ən xırda sümükləri belə çıxarılan, amma öz görünüşünü qətiyyən itirməyən məşhur kütüm ləvəngisi balıq tığını təmizləməyə səbri olmayan müştəri üçün lap göydəndüşmədir. Hətta əcnəbi qonaqlardan belə kütüm ləvəngisini burda bişirdib öz vətənlərinə aparanlar da olub. Bir də onu deyək ki, "Nar Şərab"ın öz adı verilmiş eksklüziv salatını və məxsusi brendi olan narplovunu isə nənki Bakıda, ümumən, dünyanın heç bir yerində tapmaq mümkün deyil. Amma Türkiyədə dəniz məhsullarından hazırlanan bütün yeməkləri "Nar Şərab"da sifariş etmək mümkündür. Belə ki, əlahiddə fəaliyyət göstərən "İstanbul balıkçısı" (https://www.facebook.com/istanbulbalikchisi/?fref=ts) türk restoranının aşpazları buraya yolu düşən hər bir qonağa birbaşa Aralıq dənizindən gətirilmiş məhsullardan çox dadlı xörəklər və qəyanaltılar təklif edirlər.
Payız-qış mövsümündə 400, yaz-yay mövsümündə 600-dən çox qonaq qəbul etmək imkanı olan restoranda istər açıq havada, istərsə də salon şəraitində böyük toy məclisləri, banketlər və korporativ tədbirlər təşkil edilir, hər axşam qonaqlara estrada ulduzlarının və milli musiqi ifaçılarının iştirakı ilə şou-proqramlar təqdim olunur.
"Nar Şərab"ın qiymətlərinin əlçatmaz və yalnız imkanlı adamların cibinə uyğun olması barədə iddialar da uydurmadan başqa bir şey deyildir. Burada xidmətin səviyyəsi yüksək, qiymətlər isə sağlam və keyfiyyətli qidaya, rahat və zövqlü istirahətə önəm verən hər kəs üçün əlverişlidir. Hətta gülərüz və nəzakətli ofisiantlar qonaqlara onların maliyyə imkanlarına uyğun menyü təklifi etməyə də daim hazırdırlar.
"Nar Şərab"ı bu qədər tərifləməyə bəlkə heç ehtiyac yoxdur. Amma çox təəssüf ki, ölkəmizdə turizmin inkişaf etdirməyin daha da aktiallaşdığı indiki vaxtda Bakıda milli süfrə mədəniyyətini və kulinariya ənənələrini yaşadan və təbliğ edən, uğurlu sahibkarlıq strukturu kimi dövlətimizin büdcəsinə xeyir verən, onlarla vətəndaşımıza təminatlı iş yeri olan belə sevimli bir məkana, tanınmış iaşə müəssisənə qara yaxanlar da tapılır. Lakin "Nar Şərab"ın qanunazidd əməlləri ifşa edilmiş hansısa məmura məxsus olduğu barədə yalan məlumatlar yaymaqla Azərbaycanın restoran biznesinin bu nümunəvi layihəsini gözdən salmaq cəhdləri əbəsdir. Restoranın qapıları gecə-gündüz öz qonaqlarının üzünə açıqdır!