İlk xəbər saat 14:36-da yayılıb
Bakı. Samir Əli - Trend:
Bakı Taxıl Kombinatının direktoru xüsusi amansızlıqla qətlə yetirilib.
Hüquq-mühafizə oprqanlarından Trend-ə verilən məlumata görə, Hövsan qəsəbəsi, yeni yaşayış massivində yaşayan 1963-cü il təvəllüdlü Bağırov Qalib Afil oğlunun meyiti tapılıb. Naməlum şəxslər Q.Bağırovu evində 8 bıçaq zərbəsi ilə qətlə yetiriblər.
Rayonun hüquq-mühafizə orqanları hazırda hadisə yerindədirlər. Meyitə baxış keçirilərkən məlum olub ki, bıçaq zərbələrindən əlavə meyitdə boğulma əlamətləri də aşkar edilib.
Hələlik faktla bağlı saxlanılan yoxdur.
X X X
Bakı şəhər prokurorluğundan Trend-ə bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11 (qəsdən adam öğldürmə-quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.