Bak. Samir Əli - Trend
Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 10654 müraciət daxil olub. Trend-in məlumatına görə, bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.
İdarə rəisi qeyd edib ki, daxil olan müraciətlərin, habelə qəbul olunmuş vətəndaşların sayında əhəmiyyətli dərəcədə artım olub: "2015-ci il ərzində Baş idarəyə 10654 vətəndaş müraciəti daxil olub ki, bunun 7266-ı "Qaynar xətt" əlaqə mərkəzi vasitəsi ilə daxil olanlardır.
Müraciətlərin 2100-ü müsbət həll edilib, 30 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, o cümlədən, Baş İdarənin qəbul otağında 2614 vətəndaş qəbul edilib.